Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:55

«Quba işi» üzrə məhkəmənin təxirə düşməsi etiraza səbəb oldu


-
Quba rayon Məhkəməsində bu il martın 1-də Qubada baş vermiş hadisələrdə təqsirləndirilən 8 nəfərin işi üzrə məhkəmə iclası növbəti dəfə təxirə salınıb.

İclas noyabrın 29-u saat 10-a təyin olunsa da, hakim bəzi vəkillərin məhkəmə iclasına gəlmədiyini əsas göstərib prosesi noyabrın 5-dək təxirə salıb. Təqsirləndirilənlər və onların qohumları buna etiraz ediblər. Onlar bildiriblər ki, avqustun 30-da başlanan məhkəmə prosesi tez-tez təxirə salınır, 3 ay keçməsinə baxmayaraq, şahid dindirmələri hələ də başa çatmayıb.

Təqsirləndirilən şəxslər hər dəfə məhkəməyə gətirilib-aparılmalarının onlara mənəvi, psixoloji və fiziki əziyyət olduğunu bildiriblər.

Hakim isə zaldakı etirazlara cavab verməyərək məhkəmə salonunu tərk edib.

Məhkəmə binasından çıxarılan təqsirləndirilən şəxslər və qohumları etirazlarını bina qarşısında davam ediblər.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

30 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 12-si həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG