Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:44

Ancaq qadınlar, kişilərin bu Facebook qrupuna yolu bağlıdır



-
«Facebook əndərunu» yaradan Aynur Qurbanqızı AzadlıqFM-in qonağıdır. Onun yaratdığı
Facebook şərhləri
qrupa Facebook hesabında cinsi «kişi» kimi göstərilən istifadəçilər qəbul olunmur.

Sırf qız-qadın qrupunun məqsədi nədir?

Aynur Qurbanqızı: - «Şəxsi ailə problemlərinin Facebook-a çıxması bəzən insanlar tərəfindən lağa, qınağa səbəb olur. Bizim qrupun qapalı olması qadınların rahat öz fikirlərini yazmağına imkan yaradır. Bu qrup xanımların daha rahat, ürəklərindən keçənləri yazmaqları, paylaşmaqları üçündür. Məsələn qrupumuzda qadınlar çəkdikləri fotoları, bişirdikləri yeməklər haqda məlumatları paylaşıb, müzakirələr edirlər».

- «Qapalı qrup yaratmaqda əsas məqsədimiz xanımların rahatlığını təmin etmək idi. Bir qadın inanmıram qəddar, bu qədər əxlaqsız statuslar yazar. Bəzən belə profillərin arxasından kişilər çıxır».

- «Şəxsi ailə problemlərinin Facebook-a çıxması bəzən insanlar tərəfindən lağa, qınağa səbəb olur. Bizim qrupun qapalı olması qadınların rahat öz fikirlərini yazmağına imkan yaradır. Mən insanları siyasi baxışlarına, cinsiyyətinə görə bölmürəm. Düzdür, qrupumuzda dini görüşlərinə görə mübahisələr olur. Mənsə çalışıram insanlar mübahisələrdə tolerant olsunlar».

- «Qrupumuzda hələ ki, qaynanalar yoxdur...».

- «Qadınlarla bağlı yazdığım statuslara görə, məni Facebook-da kişi düşməni elan ediblər...».

- «Məncə feminstlər kişi və qadınların bərabər hüquqlu olduğunu düşünürlər. Mən hər zaman çalışıram mübahisələrdə ortaq nöqtəni tutum. Facebook-u Azərbaycanda istifadə edən 70 faiz kişilər cahil düşüncəlidirlər, ona görə də onlarla bağlı qapalı qrup yaratmağa ehtiyac yoxdur».

AZƏR HƏSRƏT İLHAM ƏLİYEVİN DOSTLUQ TƏKLİFİNİ ONUN SOYAD SONLUĞUNA GÖRƏ RƏDD EDƏ BİLƏR

Proqramda daha bir maraqlı müzakirə oldu.

Əgər, Azərbaycan prezidenti İlham Əliyev ona dostluq təklifi göndərsə, Azər Həsrət bu dəvətdən imtina edə bilər. Çünki Azər Həsrət Facebookda soyadı «ov», «yev»lə bitən istifadəçilərə qarşı qeyri-adi «sanksiya» tətbiq edir – onları dostluqdan pozur.

Verilişə telefonla qoşulan Azər Həsrətin efirə dediklərindən:

- «Facebook dost siyahımda soyadı OV, YEV-lə bitən təxminən 600 nəfəri dostluğumdan çıxarmışam. Azərbaycan türklərinin soyadının OV, YEV-lə bitməsinə dözə bilmirəm».

- «Qəzetlərdə soyadı OV, YEV-lə bitən müəllifləri demək olar ki, oxumuram. Mənim də prinsiplərim var deyə, İlham Əliyev Facebook-da dostluq göndərsə qəbul etmərəm. Mən 2012-ci ilin yanvarında prezidentə müraciət etmişdim. Əgər soyadların milliləşdirilməyinə prezident başlasa, vəzifəli şəxslər də soyadlarını sonradan dəyişərdilər».

- «Soyadların dəyişməsində heç bir əngəl yoxdur. Bunun üçün vətəndaşların istəyi lazımdır. Kimisə tutub, zorla soyadının dəyişdirilməsini tələb etmirəm. Bu insan hüquqlarının pozulması deyil. Sadəcə kampaniyadır».

- «Dostlarıma çıxış yolu təklif etmişdim ki, əgər bürokratik problemlərlə rastlaşmışsınızsa, heç olmasa sosial şəbəkələrdə soyad sonluqlarınızı dəyişin. Öz ailəmdə hər kəs OV sonluqlu soyaddan imtina edib. Qohumlarım da bizim yolumuzla gedir».

Şərhləri göstər

XS
SM
MD
LG