Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:36

Azərbaycanda klonlaşdırma məqsədilə embriondan istifadə qadağan edilir


Arxiv foto

Arxiv foto

-

Noyabrın 29-da Milli Məclisin Sosial-Siyasət komitəsində «Reproduktiv sağlamlığın qorunması haqqında» qanun layihəsi müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, layihədə Azərbaycanda reproduktiv hüceyrələr üzrə donorluğun maksimum yaş həddi 35 göstərilib.

Bundan başqa, qanun donor xidmətindən istifadə edən ailənin donorun milliyyəti, təhsili, peşəsi, xarici görkəmi barədə məlumat almaq hüququ da verir. Donorluq müqavilə əsasında reallaşacaq. Bir şəxs yalnız 5 ailə üçün donor ola biləcək.

Qanun layihəsində analıq hüququ və sonsuzluğun müalicəsi ilə bağlı dəyişikliklər də nəzərdə tutulub. Sənədin 10-cu maddəsinə əsasən, sonsuzluğun müalicəsi zamanı vətəndaş tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicəsi hüququna malikdir.

Layihədə o da göstərilib ki, tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə oluna bilər.

İnsanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi isə qadağandır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG