Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:01

İndoneziyada Rusiya səfirliyi qarşısında aksiya keçirilib


İndoneziyada islamçı qrup Hizb ut-Tahririn 200-ə yaxın dəstəkçisi Rusiya səfirliyinin qarşısında aksiya keçirib. Onlar 6 üzvlərinin azad olunmasını tələb ediblər.

Aksiyaçılar "Rusiya rejimi terrorçudur", "Rusiya İslama qarşı döyüşür" kimi şüarlar səsləndiriblər.

Bu ayın əvvəlində Moskvada polis 6 Hizb ut-Tahrir üzvünü həbs edib. Polis bildirib ki, onların evində axtarış zamanı silah-sursat və "ekstremist" ədəbiyyat tapılıb.

Hizb ut-Tahrir isə bunu təkzib edir.

Britaniyada mənzillənən Hizb ut-Tahrir Rusiyada terrorçu təşkilat sayılıır, amma İndoneziyada onun fəaliyyəti qanuni əsaslarla tənzimlənir.
XS
SM
MD
LG