Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:40

ABŞ-da böyük məbləğdə cek-pot udulub


Arizonada və Missouridə satılan iki bilerin altı nömrəsi loterayada çıxan daşlarla uyğun gəlib.

Cek-potun məbləği 580 milyon dollar olub.

Bu uduşa qədər lotereya alanlar cek-potu udmaq üçün 16 uğursuz cəhd ediblər.

Məlumatlara görə, lotereya keçirilən saata qədər orta hesabla dəqiqədə 130 min bilet satııb. Bu isə o deməkdir ki, oyunçular bir saat ərzində yüksək məbləğli cek-potu qazanamaq üçün 15,6 milyon dollar pul xərcləyiblər.

Ən böyük cek-pot mart ayında udulub. Onun məbləği 656 milyon dollar olub. Uduş üç qalibin arasında bölünüb.

580 milyonu udanların kimliyi barədə isə məlumat verilmir.
XS
SM
MD
LG