Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:02

Rüşvətə görə iki nəfər həbs edilib


Xırdalan Elektrik Şəbəkəsinin mühəndisi Yavər Hüseynov rüşvətalma ittihamı ilə həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətinin noyabrın 28-də yaydığı məlumatda qeyd edilir ki, mühəndis ticarət obyektinə elektrik sayğacının quraşdırılması və texniki şərtin verilməsinə görə Abşeron sakinindən 500 manat tələb edib. Sahibkarın baş prokurorluğun qaynar xəttinə müraciətindən sonra məsələ ilə bağlı araşdırma başlanıb. Noyabrın 26-da Bakı Metropoliteninin «Memar Əcəmi» stansiyasının yaxınlığında mühəndis müraciət müəllifindən istədiyi pulu alarkən saxlanılıb.

Rüşvətalma ittihamı ilə digər bir məmur da Ucar rayonda saxlanılıb. Baş prokurorluğun məlumatına görə, həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 №-li Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyən İslam Bayramovdur. O, əlillik dərəcəsinin təyin edilməsi üçün rayon sakinindən 2000 manat pul alarkən saxlanılıb.
Rüşvətalmaya görə hər iki şəxs həbs edilib.

Adı çəkilən şəxslərin vəkilləri və ya yaxınlarının məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG