Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:30

«Azadlıq» qəzetinin hesabına qoyulan həbs götürüldü


-
«Azadlıq» qəzetinin bank hesabına qoyulan həbs noyabrın 28-də götürülüb.

Bu barədə AzadlıqRadiosuna qəzetin redaktoru Sücəddin Şərifov məlumat verib.

Qəzetin təkzib və üzr istəməsindən sonra iddiaçı tərəf qəzetə qarşı maddi təzminat iddiasından imtina edib.

«Azadlıq» qəzeti 2010-cu ilin iyulunda Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun 1 milyon manata ayı kəsdirərək kabab bişirtdirməsi haqda xəbər dərc edib.

Bundan sonra Anar Məmmədov «Azadlıq»ı məhkəməyə verib. Yasamal rayon Məhkəməsi qəzetin xəbəri təkzib edib üzr istəməsi və 4200 manat təzminat tutulması barədə qərar çıxarıb.

2012-ci il noyabrın 5-dən maddi təzminatın tutulması üçün «Azadlıq» qəzetinin bank hesabına həbs qoyulmuşdu.

Noyabrın 22-də «Azadlıq» qəzeti xəbərini təkzib edib və üzr istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG