Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:34

Bakıda Şahmat Sarayı olacaq


-
Gələn il Bakıda Şahmat Sarayının tikintisinə başlanacaq.

Bunu 2015-ci il şahmat üzrə Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi haqqında müqavilənin imzalanması mərasimində Azərbaycan Şahmat Federasiyasının rəhbəri Elman Rüstəmov bildirib:

«Sarayın tikinti layihəsi artıq hazırdır. Hazırda layihə Mərkəzi Bankın, Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin müzakirəsindədir».

Saray beynəlxalq tədbirlərin başlanmasına qədər istismara veriləcək.
XS
SM
MD
LG