Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:41

Həmməruzəçilər hüquq müdafiəçiləri ilə görüşüblər


-
Azərbaycanda səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Agramunt, Font de MoraJoe Debono Grech noyabrın 28-də bir qrup hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalları ilə görüşüblər.

Görüşdə iştirak edən Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayevanın AzadlıqRadiosuna dediyinə görə, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müzakirələr aparıblar.

«Biz bir neçə hüquq müdafiəçisi siyasi məhbuslarla, jurnalistlərlə, həbsdə olan 250-yə yaxın islamçı ilə bağlı müzakirə apardıq. Bundan başqa, hüquq müdafiəçisi Hilal Məmmədovla bağlı narahatlığımızı səsləndirdik. Həmməruzəçilər dedilər ki, bütün məsələləri diqqətdə saxlayırlar. Dedilər, dekabrın 10-da ilkin hesabatlarını açıqlayacaqlar. Bir də bildirdilər ki, Hilal Məmmədovla görüş üçün razılıq əldə olunub və bu gün həbsxanada onunla görüşləri gözlənilir».

Həmməruzəçilərin iki gün əvvəl Prezident İlham Əliyevlə görüşüblər.

Həmməruzəçilərin Azərbaycana səfərlərinin yekunlarına dair noyabrın 28-ə təyin etdikləri mətbuat konfransı isə təxirə salınıb.
XS
SM
MD
LG