Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38

Hilal Məmmədovu narahat edən şəxs Müalicə Müəssisəsinə köçürülüb


Bakı İstintaq Təcridxanasında saxlanan hüquq müdafiəçisi, “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovu narahat edən kamera yoldaşı Müalicə Müəssisəsinə köçürülüb. Məlumatı «Media forum» saytına Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov verib.

Hilal Məmmədov noyabrın 27-də bəyanat yayaraq, iki ay öncə saxlandığı ikinəfərlik kameraya gətirilən Cəbrayıl Abuzərovun ruhi-psixi çatışmazlıqdan əziyyət çəkdiyini və həmin şəxs tərəfindən hər an təxribatla üzləşə biləcəyini qeyd etmişdi.

Noyabrın 28-də «Media forum» saytına danışan Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov bildirib ki, Hilal Məmmədovun bəyanatından sonra Bakı İstintaq Təcridxanasının rəisi ilə əlaqə saxlayıblar:

«Rəis bildirdi ki, Hilal Məmmədovun kamera yoldaşı Cəbrayıl Abuzərov Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə köçürülüb. Hilal Məmmədov rəisin adına ərizəsi yazaraq, hər hansı şikayəti olmadığını vurğulayıb».

Hilal Məmmədov 2012-ci il iyunun 21-də tutulub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG