Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:08

BMT-nin insan haqları komitəsi Suriyanı pisləyib


BMT-nin insan haqları üzrə komitəsi Suriyada insan haqlarının daima pozulmasını ittiham edib.

Komitənin qəbul etdiyi qətnamədə hökumət qoşunlarının mülki sakinlərə qarşı əməliyyatlarda ağır silahlar və hərbi təyyarələrdən istifadə etdiyi, insanların məhkəməsiz edam edildiyi, dinc sakinlər və jürnalistlərin öldürüldüyü bildirilir.

Komitə Suriya hakimiyyətini dinc sakinlərə hücumları dayandırmağa və insan haqlarının pozulmasına son qoymağa çağırır.

Qətnamə təsdiq olunmaq üçün BMT-nin Baş Assambleyasına göndərilib.
XS
SM
MD
LG