Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:00

Əfqanıstandan xaricə əyri yollarla 900 milyon dollar çıxarılıb


Əfqanıstandakı müstəqil antikorrupsiya komitəsi fırıldaqçılıq yolu ilə ölkədən təxminən 900 milyon dollar çıxarıldığını bəyan edib.

Yoxlama nəticəsində qanunsuz kreditlər yolu ilə 20-dən çox ölkəyə vəsait çıxarıldığı bəlli olub.

Burda əsasən Kabil Bankın menencerləri, onların dostları və qohumlarının adları hallanır.
Hesabatda deyilir ki, kreditlərin əksəriyyəti 19 adam və şirkətə verilib.

Burda prezidentin qardaşı Mahmud Karzainin də əli olduğu bildirilir.
Amma o ittihamı rədd edir.

Məsələdə digər rəsmilərin də adı hallanır.

Hesabatda həmçinin yoxlama prosesinə yuxarı dairələrdən böyük müdaxilə olduğu bildirilir.
Amma baş prokurorluq bunu inkar edir.

Bu məsələ ilə bağlı hazırda 22 nəfər məsuliyyətə cəlb edilib.
Prosesi prezident Hamid Karzainin yaratdığı xüsusi Tribunal aparır.
XS
SM
MD
LG