Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:19

Bakıda I Azərbaycan Beynəlxalq idman sərgisi açılıb


Noyabrın 28-i Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərlə tanış olub.

Diqqətə çatdırılıb ki, sərgi «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı çərçivəsində təşkil edilib. Sərgidə gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər, eyni zamanda, gənclərin ictimai fəallığı haqqında geniş məlumatlar təqdim olunur. Sərgi müddətində gənclər üçün müxtəlif mövzular üzrə təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. /AzerTac/

Günün bütün mövzuları

XS
SM
MD
LG