Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:47

“Gey olmaqdansa, diktator olmaq yaxşıdır” (VİDEO)


Vaxtilə Buş hökumətinin Dövlət Katibi C.Rice Belarus prezidenti Lukashenkanı “Avropanın axırıncı diktatoru” adlandırmışdı.

İndi bu titul Lukashenkanın adının sinoniminə çevrilib.

Belarus prezidenti indiyədək belə titula əsəbi reaksiya verirdi, indi ilk dəfə buna tamam başqa münasibət bildirib.

Noyabrın 27-də Reutersə müsahibəsində Lukashenka deyir: “Mən özüm-özümə qibtə edirəm. Axı Avropada məndən başqa daha diktator yoxdur. Mən yeganə diktatoram”. .

Lukashenka deyəsən, öz tituluna alışır.
Çünki cəmi 8 ay əvvəl, mart ayında Almaniya naziri Guido Westerwelle Lukashenkaya “Avropanın axırıncı diktatoru” deyəndə Lukashenka cavab vermişdi ki, “Gey olmaqdansa, diktator olmaq daha yaxşıdır”.

Lukashenka Westerwellenin seksual orientasiyasına işarə edirdi. Westerwelle Almaniyanın yəqin ki, ilk naziridir ki, gey olduğunu açıq bildirir.

PİS REKLAM DA REKLAMDIR

Lukashenka Reutersə deyir: “Siz bura gəlib, diktatorun necə yaşadığını görə bilərsiniz. Bunu daha harda görmək olar? “
O daha sonra bunun məntqini belə izah edir: “Pis reklamın özü də reklamdır”.

PUTİN NİYƏ GÖZƏ DƏYMİR?

Lukashenka Reutersə müsahibəsində Putinin son vaxtlar niyə gözə dəyməməsinin səbəbini də açıqlayıb.
Lukashenka deyir ki, səbəb Putinin idmanda aldığı zədədir.
“Onun belə problemi var. O judonu sevir. O, birisini qaldırıb, başının üstündən atıb və beli sərpib. Hardasa onurğa sütununu zədələyib”.

LUKASHENKA ƏSƏBİLƏŞİB

Lukashenka Qərbə də öz üslubunda hücuma keçib.
Reuters yazır ki, Lukashenka bu vaxt qıpqırmızı qızarmışdı:

“Bizim Rusiya ilə yaxşı münasbətlərimiz sizin xoşunuza gəlmir. Ancaq bu münasibətləri bizim tariximiz müəyyən edib. Son müharibədə biz səngərdə ruslarla birlikdə nasistlərə qarşı vuruşmuşuq. Biz sizi, Avropanı, öz fürerinizə qul olmaqdan xilas etdik”.

“İT KİMİ QAPIŞDIQ”

Keçən ay Lukashenka rus jurnalistlərinə verdiyi müsahibədə isə demişdi ki, Rusiya Dünya Ticarət Təşkilatına daxil olmaqla Belarusu “atdı”.

Putinlə münasibət haqda isə deyib: “Bu yaxınlarda Putinlə oturmuşduq. Mən ona deyirəm, biz it kimi qapışdıq, söyüşdük, söyüşdük. Bilirsən, burda müsbət nəsə var. Biz özümüzük. Biz küsüşürük. Bir ailə kimi. Bu normaldır. Biz yaxın adamlarıq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG