Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:50
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 6 sentyabr 2012. sayı: 168 (20.573)


NAXÇIVAN ŞƏHƏRİNDƏ ƏNƏNƏVİ TƏHSİL YARMARKASI KEÇİRİLMİŞDİR

...İşaxtaran Sərxan İsmayılov belə yarmarkaların keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirmiş, muxtar respublikada gənc təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov demişdir ki, ümummilli liderimiz Heydər Əliyev milli təhsil sisteminin qurulmasını və inkişaf etdirilməsini daim diqqətdə saxlayırdı. Bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirərək elmə, təhsilə daim qayğı göstərir. Ali təhsil almış gənclərə təyinatların verilməsi, onlara 3 il müddətində kommunal xərclərini ödəmək üçün 40 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumtəhsil sahələrində əmək fəaliyyətinə başlayan gənc müəllimlərə isə eyni müddət ərzində hər ay 10 manat məbləğində əlavə vəsait ödənilməsi təhsilin inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə və nəhayət, kadr təminatının yaxşılaşdırılmasına xidmət edir.

...Bütün bunlar ona görə edilib ki, uşaqlar təhsilli olsunlar, savadlı, vətənpərvər insanlar kimi yetişsinlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sözləri ilə desək, onda Azərbaycanın gələcəyi də uğurlu və parlaq olacaqdır.

ŞAHBUZ RAYONUNDA QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, yeni körpünün istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyevin yolunun ölkəmizdə uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə yüksək inkişafa nail olunmuşdur. Bu inkişafın və sabitliyin nəticəsidir ki, şəhərlərimizdə, kəndlərimizdə yeni sosial obyektlər tikilərək istifadəyə verilir, yaşayış məntəqələri abadlaşdırılır. Şahbuzkənddə yeni körpünün tikilməsi də muxtar respublikamızda həyata keçirilən quruculuq işlərinin tərkib hissəsidir.

Görülən işləri ölkəmizdə uğurla həyata keçirilən sosial – iqtisadi islahatların tərkib hissəsi kimi dəyərləndirən Ali Məclisin Sədri bir daha kənd sakinlərini təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Gülüstana dönən sərhəd rayonu
- Savadlı mütəxəssis kimi yetişmək üçün var qüvvəmlə çalışacağam

Şərhləri göstər

XS
SM
MD
LG