Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:46

BVF-nin keçmiş direktoru haqda dekabrda qərar veriləcək


Fransada Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş direktoru Dominique Strauss-Kahnın qadın alverinə görə mühakimə olunub-olunmayacağı ilə bağlı qərar dekabr ayına qədər təxirə salınıb.

Dominique Strauss-Kahn Lille şəhərindəki otellərin birində təşkil olunan gecəyə seks işçiləri dəvət etdiyi bildirilir.

Vəkilləri Dominique Strauss-Kahn-ın oteldəki əyləncədə iştirak etdiyini, ancaq orada iştirak edən qadınlardan bəzilərinin seks xidməti göstərdiyini bilmədiyini deyir.

Fransada seks xidməti göstərənlərlə bir yerdə olmaq qanuna zidd deyil. Ancaq başqalarına belə bir imkan yaratmaq və bu məqsədlə şirkət vəsaitlərindən istifadə etmək qadağandır.

Dominique Strauss-Kahn keçən il may ayında Nyu-Yorkdakı otellərin birində xadiməyə təcavüz iddiasına görə Beynəlxalq Valyuta Fondu prezidenti vəzifəsindən istefa vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG