Keçid linkləri

Təcili xəbərlər

Şəxsi sirlərin müdafiəçiləri Facebook-u öz qərarını dəyişməyə çağırırlar


Arxiv foto
Arxiv foto
-

BBC xəbər verir ki, ABŞ-da şəxsi sirləri müdafiə edən iki lobbi qrupu Facebook-u öz xidmət qaydalarına dəyişiklik etməsi ilə bağlı qərarına yenidən baxmağa çağırıb. Bu qrupların fikrincə, təklif olunmuş yeni qaydalar bu sosial şəbəkənin istifadəçilərin müdafiəsinə dair öhdəliklərinə ziddir.

Yeni təkliflərə görə, Facebook özünün şəxsi sirlərin qorunmasına dair siyasətinin, istifadəçilərin səsverməsinə çıxarılmasına son qoymağı və informasiyaların bütün şəbəkə xidmətləri boyunca paylaşılmasına imkan verməyi planlaşdırır.

Facebook həmçinin istifadəçinin email şəbəkəsində onunla əlaqə saxlamaq istəyənləri qəbul edib-etməmək imkanı verən sistemi də ləğv etmək qərarına gəlib.

Bu təkliflərlə bağlı indiyədək 18 min şərh göndərilib.

FACEBOOK ÖHDƏLİKLƏRİNİ POZUBMU?

Facebook-un banisi Mark Zuckerberg-ə, Şəxsi Sirlərin Elektron İnformasiya Mərkəzinə və Rəqəmsal Demokratiya Mərkəzinə göndərilmiş məktubda deyilir ki, dəyişikliklər sosial şəbəkələrə nəzarətçi qurum olan Federal Ticarət Komissiyası ilə əldə olunmuş sazişlə zidd ola bilər.

Facebook-un banisi Mark Zuckerberg Facebook-un Kaliforniyadakı qərərgahının açılışında
Facebook-un banisi Mark Zuckerberg Facebook-un Kaliforniyadakı qərərgahının açılışında
Ötən aprel ayında Facebook, Federal Ticarət Komissiyası ilə bağlanmış sazişdə özünə qarşı iddiaları yoluna qoymuşdu.

Həmin iddialarda bildirilirdi ki, Facebook, istifadəçiləri arzu etdiklərindən daha çox informasiyanı bölüşməyə sövq etməklə onlara sədaqətsizlik göstərib.

Sözügedən sazişə görə, Facebook şəxsi sirlər siyasətinə etmək istədiyi dəyişikliklər üçün istifadəçilərin razılığını almalı və eyni zamanda 20 illik müstəqil auditə sadiq qalmalı idi.

Məktubda email sisteminə nəzarətə dair təklif olunan dəyişikliklər barədə deyilir ki,
«istənməyən mesajlardan qorunmaq imkanının istifadəçinin əlindən alınması, çox güman, istifadəçilərə göndərilən qondarma mesajların (spamların) həcmini artıracaq».

Bundan əvvəl Google-ın buna bənzər sistem dəyişikliyi Konqres üzvləri və Avropanın məlumatın mühafizəsi rəsmilərinin etirazlarına səbəb olmuşdu.

FACEBOOK BRİTANİYA HÖKUMƏTİNƏ LOBBİÇİLİK EDİR

Facebook BBC-dən aldığı sorğulara hələlik heç bir cavab verməyib. Belə düşünmək olar ki, onun başı, təklif olunan dəyişikliklər barədə nəzarətçi orqanlarla dialoqa qarışıb.

Bu arada Britaniyanın da şəxsi sirləri müdafiə qrupları Facebook-un nəzərdə tutduğu dəyişiklikləri tənqid ediblər.

Açıq Hüquqlar Qrupunun (Open Rights Group) direktoru Jim Killock deyib ki, «Facebook məlumatın mühafizəsinə dair yeni qanunların yumşaldılması və bizim legitim haqlarımızı azaltmaq üçün Birləşmiş Krallığın hökumətinə lobbi təzyiqi göstərir».

Dəyişikliklər hələ qüvvəyə minməyib və buna görə də səsvermə proseduruna məruz qala bilər. Əgər təkliflər 7 gün ərzində ictimaiyyətdən 7 min şərh alarsa, dəyişikliklərin istifadəçilərin ümumi səsverməsinə qoyulması lazım gələ bilər.

Arxiv foto
Arxiv foto
Lakin səsvermənin nəticələri yalnız o vaxt məcburi olacaq ki, bu prosesdə istifadəçilərin 30 faizindən çoxu iştirak etsin.

Facebook istifadəçilərinin dəyişikliklər barədə şərh vermək möhləti noyabrın 28-də bitir.

ŞAYİƏLƏR ARANI QARIŞDIRIR

Dəyişikliklər barədə elan sosial şəbəkədə şərhlər selinə səbəb olub.

Bu şərhlərin arasında hətta saxtaları da var.

Məsələn, müəllif haqları barədə saxta xəbərdarlıqda deyilir ki, istifadəçilər bundan sonra sosial şəbəkəyə buraxdıqları postlar üçün müəlliflik hüquqlarını itirəcəklər.

Etirazlar selinin qarşısını almaq üçün Facebook bu açıqlamanı rəsmən «saxta» adlandıran bəyanat verib.

Ən son yazılan

XS
SM
MD
LG