Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:11
-

BƏLƏDİYYƏLƏR MİLLİ MƏCLİSƏ HESABAT VERMƏSİN

«Bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi haqqında öhdəlik ləğv edilməlidir». «525-сi qəzet»in yazdığına görə, belə bir tələb Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin son iclasında səslənib.

«...və Azərbaycana aid 345 saylı Qətnamə və 326 saylı Tövsiyələr qəbul edilib. Qətnamədə xüsusi olaraq vurğulanıb ki, Azərbaycan hakimiyyəti hələ 2003-cü ildə vəziyyətin dəyişdirilməsi məqsədilə onlara ünvanlanmış tövsiyələrin əksəriyyətinə məhəl qoymayıb».

Parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev isə məsələnin AŞ tərəfindən səthi öyrənildiyini söyləyir. Bələdiyyə eksperti Samir Əliyev AŞ ilə razıdır.

«Çünki bir seçkili orqanın digəri qarşısında hesabat verməsi beynəlxalq standartlara görə qəbuledilməzdir, onsuz da Ədliyyə Nazirliyi tərəfindən belə bir nəzarət var».

ƏSKİNAZLAR İNFLYASİYAYA SƏBƏB OLA BİLƏR...

«Bizim yol» qəzeti Mərkəzi Bankın dövriyyəyə 200-500 manatlıq əskinaslar buraxmaq hazırlığından yazır. Qəzetə görə, bank bunu dövlət xərclərinin azaldılması və pul dövriyyəsinin daha effektiv olması ilə əsaslandırsa da, bəzi ekspertlər bu yanaşmanı bölüşmürlər. Qəzet maliyyə eksperti Vüqar Bayramovun fikirlərinə yer verir. O, orta aylıq əməkhaqqı 450 manat olan ölkədə belə yüksək nominallı əskinasların buraxılmasını acınacaqlı hal sayır.

«Bir əskinasın dəyərinin orta aylıq əməkhaqqından yüksək olması təkcə iqtisadi deyil, psixoloji baxımdan da acınacaqlı haldır. ... Azərbaycan bu məsələdə Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əməkhaqqı 3800 avro təşkil edir. Yəni orta aylıq əməkhaqqı dövriyyədə olan ən dəyərli əskinasdan 8 dəfə çoxdur».

Ekspert iri nominallı əskinasların inflyasiya yaradacağının da qaçılmaz olduğunu deyir.

MÜASİRLƏŞƏN CƏLİLABAD...

«Yeni Azərbaycan» qəzeti Cəlilabadın günün-gündən müasirləşdiyini, abadlaşdığını yazır. Qəzet 9 ay ərzində rayonda 446 yeni iş yeri açıldığını, əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatının da diqqət mərkəzində olduğunu qeyd edir.

BİZİ HƏZM EDƏ BİLMİRLƏR?

«İt hürər karvan keçər». «Yeni Müsavat» qəzeti yazır ki, bunu «The Mail Sunday» qəzetində neft pullarının «Əliyevlərin cibinə axması» barədə yazıya münasibət bildirən Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. «...bir sıra ölkələrdə, eləcə də Böyük Britaniyanın özündə müəyyən məsələlərlə bağlı qərəzli mövqelər var. Aşağı-yuxarı səviyyələrdə bizimlə bağlı bir sıra prosesləri həzm edə bilmirlər. Bu kimi yazıların seçkilərə heç bir təsiri yoxdur, ola da bilməyəcək».

«EKRANDAN SÜZÜLƏN GÖZ YAŞLARI»

«Azərbaycan» qəzetində gedən yazıda baş redktor Bəxtiyar Sadıqov yerli telekanallarda gedən bəzi verlişləri tənqid edib. Yazıda «ANS-in «İkinci həyat» və «Elgizli axşamlar», ATV-nin «Ümid var» və «Səni axtarıram», «Space»in «Bizi barışdırın» və «Etiraf», habelə digərləri bu qəbildəndir. «Həm də ucuz ətin şorbası olmaz» deyirlər. Görəsən, nə vaxtdan süni göz yaşları veriliçşin uğur hesab edilir» deyə, baş redaktor qeyd edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG