Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:20

Fransa BMT-dəki səsvermədə Fələstini dəstəkləyəcək


Fransa Fələstinin “üzv olmayan dövlət” statusu üçün BMT-yə müraciətini dəstəkləyəcəyini bildirib.

Fələstinin müraciəti bu həftə BMT-də səsverməyə çıxarılacaq.

Fransanın xarici işlər naziri Laurent Fabius Fələstinin dövlət olmaq istəyini uzun müddətdir dəstəklədiyini bildirib. Deyib ki, səsvermədə Fələstinin xeyrinə “hə” deyəcək.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa Fələstinin “üzv olmayan dövlət” statusu ilə bağlı müraciətini dəstəkləyən ilk böyük Avropa ölkəsi olub.

Fələstin hakimiyyəti və Fələstin Azadlıq Hərəkatının rəhbəri Mahmud Abbasın tam üzv olmaq üçün 2011-ci ildəki müraciəti Təhlükəsizlik Şurasında qəbul olmamışdı. Bundan sonra Fələstin “üzv olmayan dövlət” statusu ilə bağlı müraciət edib.

İsrail Fələstinin “üzv olmayan dövlət” statusu qazanarsa, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib İsraillə olan münaqişənin həll edilməsini tələb edə biləcəyindən narahatdır.

Fələstin hakimiyyətinin rəhbəri Mahmud Abbas isə “ABŞ və İsrail ilə qarşı-qarşıya gəlmək istəmədiyini” bildirərək BMT-dəki səsvermədən sonra dialoq və müzakirələrə başlamaq istədiklərini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG