Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:31

Hugo Chavez müalicə üçün yenə Kubaya gedəcək


Venesuela prezidenti Hugo Chavez müalicə olunmaq üçün yenidən Kubaya gedəcək.

58 yaşlı Chavez Kubada xərçəng xəstəliyindən ilk dəfə 2011-ci ilin iyununda müalicə olunmuşdu. Venesuela lideri keçən ilin may ayında sağaldığını bildirmişdi.

İndi isə Chavez Venesuela parlamentindən müalicə üçün Kubaya getməklə bağlı icazə istəyib.

Chavez oktyabr ayında keçirilən prezident seçkilərində qalib gəlib. O, 1998-ci ildən Venesuelada hakimiyyətdədir.
XS
SM
MD
LG