Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:55

Azərbaycanın orta məktəbləri üçün yenilik


Orta təhsil müəssisələrinin Azərbaycan təhsil şəbəkəsinə (AzEduNet) qoşulması üçün 3G şəbəkəsindən istifadə olunacaq. Trend-in məlumatına görə, bu barədə ötən gün jurnalistlərə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov deyib.

«Bu məqsədlə mobil operatorlarla danışıqlar aparılır. Xidmət tədarükçüsünün seçilməsi meyarları operatorların təklif etdiyi keyfiyyət və şəbəkəyə çıxış qiymətindən asılı olacaq», Məmmədov qeyd edib.

3G, xüsusən ucqar ərazilərdə şəbəkəyə çıxışı asanlaşdıracaq. Belə ərazilərə kabel çəkilişi üzrə xərclər olduqca yüksəkdir.

«Hazırda təhsil şəbəkəsinə təqribən 1500 məktəb qoşulub. İlin sonunadək daha 200 tədris müəssisəsi AzEduNet-ə çıxış əldə edəcək. Yaxın iki ildə şəbəkəyə respublikanın bütün təhsil müəssisələrinin qoşulacağını güman edirəm», Məmmədov bildirib.
XS
SM
MD
LG