Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:27

Avropa Komissiyasının rəsmisi həbsxanaya səfər üçün 3 həftə əvvəl müraciət edibmiş


Neelie Kroes

Neelie Kroes

-

Azərbaycanın bəzi səlahiyyətli şəxsləri Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes-un həbsxana müəssisəsinə baş çəkmək xahişini yanlış şərh ediblər. Bunu Avropa Birliyinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi bir neçə gün əvvəl yaydığı bəyanatda bildirir.

«DİPLOMATİK PROSEDURLARA ƏMƏL OLUNUB»

«Bəzi bəyanatların əksinə olaraq, Avropa Birliyinin Nümayəndəliyi diplomatik təcrübəyə uyğun olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edib, müraciətin nüsxələri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilib», bəyanatda deyilir.

Xatırladaq ki, Neelie Kroes noyabrın 8-də Bakıda bildirmişdi ki, Ədliyyə Nazirliyinin müalicə mərkəzinə getmək istəyib, ancaq buna nail olmayıb. O, hətta bunun üçün prezident İlham Əliyevdən icazə aldığını da demişdi. Bu bəyanatdan sonra Penitensiar Xidmətinin rəhbərliyi, eləcə də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov AB nümayəndəliyinin görüş üçün gec müraciət etdiyini bildirmişdi.

Avropa Birliyinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin bəyanatında isə oxuyuruq:

«BİLDİRİŞ SƏFƏRDƏN 3 HƏFTƏ ƏVVƏL GÖNDƏRİLİB»

«Nümayəndəlik ilk bildirişi və onun surətlərini oktyabrın 15-də, yəni Kroes-un səfərindən 3 həftə əvvəl adı çəkilən qurumlara göndərib. Onlardan heç biri xahişi aldıqlarını təsdiqləmədiklərindən, ikinci bildiriş noyabrın 5-də göndərilib. Bütün sənədlər Azərbaycan prosedurlarına uyğun olaraq göndərilib».

«Xarici İşlər Nazirliyi və Penitensiar Xidmət hər iki bildirişi aldıqlarını həbsxanaya arzuolunan səfərdən bir gün əvvəl bildiriblər. Vitse-prezident Kroes-un səfəri başlayana qədər AB Nümayəndəliyi saysız cəhdlərinə, dəfələrlə telefon zəngi etməsinə baxmayaraq, xahişə dair hər hansı rəsmi məlumat ala bilməyib».

«AB-nin Azərbaycandakı Nümayəndəliyi indiyədək həbsxanalara baş çəkib məhbuslarla görüşmək imkanından məmnunluq bildirir. Nümayəndəlik ümid edir ki, bu faydalı əməkdaşlıq gələcəkdə davam edəcək, çünki AB Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin güclü tərəfdaşıdır və həmçinin maliyyə ayıran qurumdur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG