Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:34

Qahirənin mərkəzində polislə toqquşmada 1 nümayişçi ölüb


Qahirə-Təhrir meydanı
Qahirə-Təhrir meydanı
Qahirənin mərkəzində polis etiraz aksiyasını dağıdarkən 1 nəfər ölüb.

Məlumatlara görə polis Təhrir meydanında gözyaşardıcı qazdan istifadə edərkən aksiyaçılarla polis arasında toqquşma olub.

Prezident Muhammad Morsinin səlahiyyətlərini genişləndirməsinə qarşı çıxan müxalifət qüvvələri prezident fərmanının ləğv edilməsini tələb edirlər.

Həmçinin İsgəndəriyyə və Süveyş də daxil olmaqla digər şəhərlərdə etiraz aksiyaları keçirilib.

Sərəncama görə məhkəmə orqanları prezidentin qərarları və hazırda konstitusiya hazırlayan təsis yığıncağına nəzarət edə bilməz.

Morsinin mətbuat katibi Yasir Ali bunun müvəqqəti qərar olduğunu deyir.

Prezidentin qərarı ölkədə kütləvi etirazlara səbəb olub, baş vermiş toqquşmalarda azı 2 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

Məhkəmə orqanları və müxalifət Morsini hakimiyyəti zəbt etmək və dikdatorluqda ittiham edirlər.
XS
SM
MD
LG