Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:12

«Naxçıvanda uşaqlar söz və vicdan azadlığından sərbəst istifadə edirlər»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 13 sentyabr 2012. sayı: 173 (20.578)


ÇALXANQALA KƏNDİ BÖYÜK TİKİNTİ MEYDANÇASINI XATIRLADIR

Çalxanqala kəndi Babək rayonunun ən böyük yaşayış məntəqələrindən biridir. Bu gün kənd böyük tikinti meydançasını xatırladır. Belə ki, kənddə kompleks quruculuq tədbirləri həyata keçirilir. Bunlardan biri 378 şagird yerlik yeni məktəb binasıdır. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində 4 sinif otağı, kitabxana, direktor otağı yerləşəcək. İkinci mərtəbədə müəllimlər, psixoloq və sinif otaqları, 2 elektron lövhə sinif, 1 kompyuter sinfi olacaq. Üçüncü mərtəbədə hərbi kabinə ilə birlikdə 10 sinif müəllim və şagirdlərin ixtiyarına veriləcək. Zirzəmidə 3 laboratoriya, qazanxana, qarderob, 2 yeməkxana, idman zalı və 2 soyunub – geyinmə otağı yaradılacaq.

...Qeyr edək ki, Çalxanqalada tikinti – quruculuq işlərinə 10 il bundan əvvəl başlanılıb. 2002 – 2004-cü illərdə burada 4 məcburi köçkün, 2 Azərbaycan Vətən müharibəsi veteranı, 30-dan artıq qaçqın ailəsi üçün yeni evlər inşa edilib. Kənd camaatının su ilə təchizatını yaxşılaşdırmaq üçün mövcud 33 kəhrizdən 6-da əsaslı təmir işləri aparılıb.

HƏDƏF XALQIMIZIN GƏLƏCƏYİNİ TƏMİN ETMƏKDİR

...Bu il muxtar respublikada yaşayan uşaqlar əlverişli şəraitdən istifadə edərək qanunvericilik aktlarında nəzərdə tutulmuş bərabərlik, təhsil, yaşamaq, birləşmək, azadlıq, mülkiyyət, əmək, şəxsi toxunulmazlıq, istirahət, mədəniyyət, sağlamlığın qorunması, sağlam ətraf mühitdə yaşamaq, vətəndaşlıq hüquqlarından, fikir, söz, vicdan, məlumat azadlıqlarından sərbəst istifadə edirlər. Bu da uşaqların müasir dünyanın tələbləri səviyyəsində formalaşmasına stimul verir.

...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun dediyi kimi: «Uşaqların təhsili, sağlamlığı, sosial müdafiəsi, istirahəti, yaradıcılıq potensialının aşkarlanması kimi mühüm istiqamətlər cəmiyyətin bütün təbəqələrinin üzərinə ciddi vəzifələr qoyur. Dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti təsisatları, həmkarlar ittifaqları, elmi-tədqiqat institutları da muxtar respublikada uşaq siyasətinin daha səmərəli həyata keçirilməsinə yaxından köməklik göstərməli, ictimai diqqəti uşaq hüquqlarına yönəltməyi bacarmalıdırlar».

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Əlincə kəndinin zəhmətkeş insanları
- Yaşayış binasında yenidənqurma işləri aparılır
- Rəssamlar Birliyi üçün yeni bina
XS
SM
MD
LG