Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:49

«START»a start…


-
Noyabrın 28-də Bakıda «START» Gənclərin 8-ci Beynəlxalq Qısametrajlı Film Festivalı start götürüb. 8 illik tarixində ilk dəfə olaraq festivalda «Yerli» müsabiqə proqramı ilə yanaşı «Beynəlxalq» müsabiqə proqramı da var.

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçirilən festival 3 gün davam edəcək.

Müsabiqəyə 20 ölkədən 250-dən çox film təqdim edilib. Bunlardan yalnız 87-si müsabiqə proqramına daxil edilib.

Münsiflər heyətinə aktrisa Şəfiqə Məmmədova, publisist İlhamiyyə Rza, İrandan rejissor və ssenarist Tahmina Milani, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Julia Kolberger daxildir.

Ekran əsərləri «Ən yaxşı bədii film», «Ən yaxşı sənədli film», «Ən yaxşı cizgi filmi», «Ən yaxşı eksperimental film» və «Ən yaxşı Qran-pri» nominasiyaları üzrə yarışacaqlar.

Qaliblərin nə qazanacaqları barədə «Cinema» Araşdırmalar Mərkəzinin rəhbəri Feyruz Şamiyev Azadlıq Radiosuna bunları deyib:

«Bu şou, kommersiya layihəsi deyil. Biz diplomlar təqdim edəcəyik. Bu müsabiqədə iştiraklarını öz portfoliolarına əlavə etmələrinin özü onlar üçün artıq bir imicdir, bir uduşdur».

MƏQSƏDİM CƏMİYYƏTDƏ DƏYİŞİKLİYƏ NAİL OLMADIQDIR...

Festivalda 2-ci dəfə iştirak edən «Bizdən biri» filminin müəllifi Eltac Zeynalov isə deyir ki, filmi ilə cəmiyyətdə dəyişikliyə nail olmaq istəyir:

«Sırf qalib olmaq istəmirəm. Psixoloji durumu aşagı olan birinə qarşı cəmiyyətin göstərdiyi ayrıseçkiliyin aradan qaldırılmasına çalışmışam. Məqsədim budur ki, cəmiyyətdə nəsə bir dəyişikliyə nail ola bilim».

Yarışma noyabrın 28-dən başlayaraq, 3 gün davam edəcək.

Festival Gənclər və İdman Nazirliyi, mədəniyyət və Turizm Nazirliyi və «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
XS
SM
MD
LG