Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:42

Prezident Administrasiyasının rəsmisi həmsədrləri vaxtı uzatmamağa çağırır


-
«Dağlıq Qarabağ münaqişənin belə vəziyyətdə, həll olunmamış qalması mümkün deyil, Azərbaycan əraziləri mütləq azad edilməlidir».

AzərTAc xəbər verir ki, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov belə deyib.

«Həmsədrlərdən istəyimiz və tələbimiz ondan ibarətdir ki, vaxtı uzatmasınlar. Çünki neçə illərdir onlar bu istiqamətdə danışıqlar aparır, ancaq bu danışıqların hələlik real bir nəticəsi yoxdur».

Həmsədrlərin yeni təkliflərinə münasibət bildirən N.Məmmədov deyib ki, «Madrid prinsipləri» deyilən prinsiplər var, bununla bağlı müəyyən sənədlər də qəbul edilib:

«Bu sənədlər çərçivəsində bəhanə axtarmaq yox, münaqişənin konstruktiv həllinə nail olmaq lazımdır. Ermənistan rəhbərliyi erməni xalqının, erməni dövlətinin taleyini öz maraqlarına qurban verərək hakimiyyətdə qalmaq üçün danışıqlar prosesini müəyyən bəhanələrlə uzadır. Bu da onların faciəsidir».
XS
SM
MD
LG