Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:42

Azərbaycan üzərindən Suriyaya 240 ton pul daşınıb


Ilyushin (IL 76) yük təyyarəsi
Ilyushin (IL 76) yük təyyarəsi
MOSKVADAN DƏMƏŞQƏ 8 TƏYYARƏ DOLUSU PUL

ProPublica jurnalist araşdırmaları mərkəzinin əldə elədiyi məlumatlara görə, bu ilin 3 ayı ərzində Suriya Hərbi Hava qüvvələrinə məxsus olan İl-76 yük təyyarəsi Moskvanın Vnukovo aeroportundan Dəməşqə 8 dəfə yük daşıyıb. Hər dəfə təyyarənin göyərtəsində 30 ton valyuta - əskinas olub.

Bu isə ümumilikdə 240 ton deməkdir, yəni yuvarlaq hesabla 240 milyon əskinasdan söhbət gedir. Britaniyanın İndependent və Times qəzetlərinin dərc elədiyi araşdırmaya görə, söhbət Moskvada çap olunan Suriyanın milli pulundan (Suriya funtu) və ola bilsin ki, dollar və avro kimi xarici valyutalardan gedir.


RUS RƏSMİLƏRİ XƏBƏRİ TƏSDİQLƏYİR

Rusiyanın pul çap edən mətbəə qurumu - Qoznak ri miqdarda valyuta çapı üçün Suriyadan sifarişi əldə etdiyini gizlətməyib. Qoznakın rəhbəri Arkady Trachuk hökumət meylli "Rossiyskaja Qazeta”ya müsahibəsində deyib ki, yayda Dəməşqdən gələn sifariş əsasında pul çap ediblər və sifarişi uğurla yerinə yetiriblər. Ancaq konkret hansı məbləğdə pulun çap edilməsini aydınlıq gətirilməyib.

Əslində Rusiyanın Suriya üçün pul çap eləməsi sürpriz deyil. Çünki Rusiyada 20-yə yaxın başqa ölkənin milli əskinasları çap olunur, Livandan tutmuş Belarusa qədər.


SURİYA FUNTU KİMƏ LAZIMDIR?

Suriya dövlətinin milli valyutası – Suriya funtu (pound) ötən ilə qədər Avstriyada çap edilirdi. Ancaq 2011-in payızında Avropa Birliyinin sanksiyaları qüvvəyə mindiyi üçün Bashar Assad rejimi təcili olaraq başqa ölkələrlə müraciət etməli oldu. Suriya Baş nazirinin müavini Qadri Jamil bu ilin avqust ayında Moskva ilə razılıq əldə etdi. Qadri Jamil mediaya müsahibəsində bildirmişdi ki, Rusiyada pul çapı ilə bağlı əldə edilən bu razılaşma ölkəsinin Qərbin sanksiyaları qarşısında əzilməyəcəyinin sübutudur.

Britaniyadan olan Yaxın Şərq üzrə ekspert David Butter deyir ki, Suriya funtunun dövriyyəsinin davam etməsinin çox böyük önəmi var, əks halda, hökumət əsgərlər və məmurlarının maaşlarını ödəyə bilməz. Digər tərəfdən, Moskvada çap olunub Dəməşqə daşınan pullar Suriyada inflyasiyanı sürətləndirmiş olur.

Hələ ki, Moskva-Dəməşq pul körpüsünün tərkibi açıqlanmır, 240 ton əskinasın nə qədərinin Suriya funtu, hansı hissəsinin isə xarici valyuta olduğu aydın deyil. Iş ondadır ki, Suriya funtu ötən ilin martından bu yana dollara nisbətdə 2 dəfə ucuzlaşıb. 2012-ci ilin martında, üsyan yenicə başlayanda 1 ABŞ dolları 47 Suriya funtuna satılırdısa, hazırda 100 funta qədər bahalaşıb.

Üstəlik, Suriyada hökumətin büdcə kəsirinin həddindən artıq böyük olması və valyuta ehtiyatlarının azalması haqda gəzən şayiələr üzündən Suriya sakinləri funtu satıb, dollar almağa və alış-verişi də məhz bu valyuta ilə eləməyə üstünlük verirlər.

David Butterin sözlərinə görə, silahlı toqquşmalar ölkədə vergi yığımlarını demək olar ki, dayandırıb. Neft gəlirləri isə münaqişədən əvvəlkinin heç 1/10-i səviyyəsində deyil. Hətta rəsmi rəqəmlərə görə, Suriyada bu ilki inflyasiya 38 faiz olub.


TƏYYARƏ NİYƏ TÜRKİYƏ YOX, AZƏRBAYCAN YOLUNU SEÇİB?

240 ton pulun Suriyaya necə çatdırılmasına gəldikdə isə, Rusiya bu dəfə daha ehtiyatlı davranıb. Oktyabr ayında Moskvadan Dəməşqə gedən sərnişin təyyarəsi Türkiyə səmasına daxil olandan sonra zorla yerə endiriləndən sonra ruslar başqa yol seçiblər.

ProPublica iddia edir ki, dispetçerlərdən əldə edilən sənədlərə görə, pul dolu təyyarələr Türkiyə üzərindən yox, Azərbaycan-İran və İraqdan keçməklə Suriyaya çatdırılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG