Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:04

Taliban jurnalistə sui-qəsd cəhdinə görə cavabdehliyi üəzrinə götürüb


Pakistan talibləri tanınmış jurnalist Hamid Mirə edilmiş sui-qəsd cəhdinə görə cavabdehliyi üəzrinə götürüb.

Jurnalistə Pakistanda qızların təhsil hüququ uğrunda mübarizə aparan balaca qızçığaz Malala Yousafzaidan yazdığına görə sui-qəsd edilib.

Bazar ertəsi onun maşınından bomba tapılıb.
Polis bombanı zərərsizləşdirib.

Mir AzadlıqRadiosuna müsahibəsində deyib ki, Taliban onu qorxuda bilməyəcək və Pakistandan getmək fikrində deyil.
Taliban isə onu yenidən hədələyib.

Talibançılar bu ilin oktyabrında məktəbli avtobusunu saxladaraq Malala Yousafzai güllələyib.

Başından ölümcül güllə yarası alan Malala hazırda Böyük Britaniyada müalicə olunur.
XS
SM
MD
LG