Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01
-
Noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Xəbəri AzadlıqRadiosuna Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli verib.

Apelyasiya şikayəti V. İsgəndərlinin ittiham olunduğu məsələlərdən biri - 132-ci (döymə) maddəsi ilə bağlı olub. Bu maddə ilə ona 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Sonradan Milli Məclisin qərarı ilə həmin maddə üzrə azadlıqdan məhrum etmə cəzası ləğv olunub. Bundan sonra Qaradağ rayon Məhkəməsi V. İsgəndərlinin cəzasını 2 ay azaldıb. Həmin qərardan isə müdafiə tərəfi apellyasiya şikayəti vermişdi. Apellyasiya şikayətində 4 ayın ləğv olunması tələb olunurdu.

Noyabrın 27-də keçirilən bu prosesdə V.İsgəndərli üstəlik məhkum adlandırılmasına etiraz edib:

«Mən məhkum deyiləm, girovam. Mənə bütün dünya «vicdan məhbusu» deyir, mənə məhkum deməyin».

O, həbs müddətinin 4 ay azaldılması ilə bağlı apellyasiya şikayətinin təmin olunmamasının da böyük əhəmiyyət daşımadığını deyib:

«Kişi kimi türməyə girmişəm, kişi kimi yatıram. Mən İlham Əliyevin məhbusuyam. 4 ayın davasını eləmirəm. Məni onsuz da sona qədər saxlaya bilməyəcəklər. Dünyanın aparıcı siyasətçiləri siyasi məhbusların buraxılmasını tələb edir».

V.İsgəndərli məhkəmə qərarının hansı qanuna istinadən verildiyini təkidlə soruşsa da, hakim sualı cavablandırmayıb.

V.İsgəndərli Göyçay rayon Məhkəməsinin hökmü 3 il ə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə və zor tətbiq etməklə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə müdaxilə) ilə ittiham olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG