Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:04
-

Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin «İlin ən yaxşı məktəbi» və «İlin ən yaxşı müəllimi» müsabiqələrinin keçirilməsi ilə bağlı mətbuatda dərc olunan fikirlərinə cavab verib.

Təhsil Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir ki, «son günlər müxalifət qəzetlərinin səhifələrində ölkə prezidentinin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən keçirilən «İlin ən yaxşı məktəbi» və «İlin ən yaxşı müəllimi» müsabiqələri ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin yanlış, heç bir əsası olmayan və böhtan dolu fikirləri əks olunub. Komissiya sədri bu müsabiqələrin düzgün keçirilmədiyini bildirir və bunu ali məktəblərə qəbul imtahanlarında məzunları yüksək bal toplayan orta məktəblərin «İlin ən yaxşı məktəbi» müsabiqəsində yer tutmaması ilə əlaqələndirir».

Nazirlik bildirir ki, dövlətin maliyyələşdirmədiyi məktəblər və yeni açılan məktəblərin bəziləri bu müsabiqədə iştirak etməyib:

«TQDK-nın rəsmi saytının statistik təhlil bölməsində 2011-ci ildə ölkə üzrə ən yüksək bal toplayan 35 məktəbin siyahısı verilib. Bu məktəblərin 14-ü (türk liseyləri) qaydalara uyğun olaraq, dövlətin maliyyələşdirdiyi müəssisələr olmadığı üçün müsabiqədə iştirak etməyib. Bakıdakı akademik Z. Əliyeva adına orta məktəb yeni yarandığı və 3 il məzun buraxılışı olmadığı üçün müsabiqədə iştirak etməyib».

TƏƏSSÜF Kİ...

Məleykə Abbaszadə

Məleykə Abbaszadə

Təhsil Nazirliyi qeyd edir ki, Təhsil Nazirliyi bu müsabiqəni müəyyən olunmuş qaydalara əsasən 30-a yaxın meyar əsasında aparır. Ali məktəblərə tələbə qəbulunun nəticələri bu meyarlardan yalnız biridir.

«Təəssüf hissi ilə bildiririk ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası belə məlumatları jurnalistlərə verməzdən əvvəl bir dövlət qurumu olaraq, Təhsil Nazirliyinə müraciət edib dəqiqləşdirsəydi, ölkə prezidentinin sərəncamı ilə yekunlaşdırılan bu mühüm müsabiqənin nəticələri ilə bağlı mətbuatda əsassız müzakirələrin aparılmasına səbəb olmazdı», deyə nazirlik bildirir.

Bir neçə gün öncə Tələbə Qəbulu üzrə Dövlət komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, hər il prezident İlham Əliyevin sərəncamı ilə «İlin ən yaxşı müəllimi» və «İlin ən yaxşı məktəbi» seçilir. Ancaq təəssüflər olsun ki, çox az halda «İlin ən yaxşı müəllimi» və «İlin ən yaxşı məktəb»ini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanın nəticələrinə əsasən yüksək nəticə göstərənlər siyahısında görmək mümkün olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG