Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:23

Avrozonada daxili məhsulun həcmi 0,1 faiz azalacaq


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatına görə, gələn il avrozonada daxili məhsulun həcmi 0,1 faiz azalacaq.

Hesabatda qeyd olunur ki, iqtisadi artımın bərpasını 2014-cü ildə gözləmək olar.

Hesabatda həmçinin italiya və İspaniya hökumətlərinin büdcə kəsirinin ixtisarı ilə bağlı verdikləri vədləri lazımınca yerinə yetirmədikləri qeyd olunur.

Avrozona ölkələrinin maliyyə nazirləri, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta
Fondunun nümayəndələri dünən Yunanıstana 44 milyard avro məbləğində növbəti kredit verilməsində razılığa gəliblər.

Avropa Komissiyasının maliyyə məsələləri üzrə komissarı Olli Rehn bunun cətin məsələlərin həllində avrozona ölkələri üçün sınaq olduğunu deyir.
XS
SM
MD
LG