Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:18

Misir prezidenti səlahiyyətlərinin genişləndirilməsini qanunsuz saymır


Misir prezidenti Muhammad Morsi deyir ki, səlahiyyətlərini qanun çərçivəsində genişləndirib.

O bazar ertəsi hakimlərlə görüşdə bildirib ki, bu sərəncam məhkəmələrin işini pozmayacaq.

Sənədə görə məhkəmə orqanları prezidentin qərarları və hazırda konstitusiya hazırlayan təsis yığıncağına nəzarət edə bilməz.

Morsinin mətbuat katibi Yasir Ali isə deyir ki, prezidentin qərarları yalnız suverenlik məsələlərinə aiddir və o bunla razılaşır.

Prezidentin qərarı ölkədə kütləvi etirazlara səbəb olub, baş vermiş toqquşmalarda azı 1 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

Məhkəmə orqanları və müxalifət Morsini hakimiyyəti zəbt etmək və dikdatorluqda ittiham edirlər.

ABŞ prezidenti Barack Obama hər iki tərəfi sakitliyə və mübahisəni dinc yolla həll etməyə çağırıb.

Morsinin təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatə gərginliyi səngitmək üçün bu günə nəzərdə tutulmuş mitinqi təxirə salıblar.
Müxalifət isə əksinə kütləvi nümayiş keçirməyi planlaşdırır.
XS
SM
MD
LG