Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:14

Gürcüstanın keçmiş baş nazirinin ölümü ilə bağlı təhqiqat başlayıb


2005-ci ildə ölən Gürcüstanın keçmiş baş nazir Zurab Zhvanianın ölümü ilə bağlı yeni təhqiqata başlayıblar. Bu barədə Zhvanianın qardaşı Giorgi Zhvania jurnalistlərə deyib.

Rəsmi açıqlamaya görə, Zurab Zhvania dəm qazından boğulub.

Onun qohumları isə bu versiyanı şübhə ilə qarşılayıblar. Hesab edirlər ki, Zurab Zhvania qətlə yetirilib.

Giorgi Zhvania baş nazir Bidzina Ivanishvilinin "Gürcü Koalisiyası"na daxildir.

Zurab Zhvania 2003-cü ildə Gürcüstanda "qızılgül inqilabı" adlandırılan proseslərdə böyük rolu olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG