Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:08
-

Noyabrın 27-si səhər Fələstinin keçmiş lideri Yasser Arafat-ın məzarı açılıb. Onun cəsədindən nümunə götürülərək, zəhərlənib öldürülməsi iddiaları yoxlanacaq.

Cəsədi Fransadan olan hakimlərin gözü önündə İsveçrə, Fransa və Rusiyadan olan mütəxəssislər çıxarıb. Meyitdən nümunə götürüləndən sonra bu gün yenidən dəfn olunacaq.

İsveçrəli alimlər Arafat-ın paltarında yüksək miqdarda radioaktiv maddə - Polonyum-210 tapıldığını aşkar etmişdi. Bundan sonra Fransada Arafat-ın ölümü ilə bağlı cinayət işi açılıb.

Yasser Arafat 2004-cü il noyabrın 11-i 75 yaşında Parisdəki Percy Hərbi Xəstəxanasında vəfat edib. Onu müalicə edən həkimlər xəstəliyinin səbəbini müəyyənləşdirə bilməmişdilər.

Fələstində çoxları düşünür ki, Arafat-ı İsrail tərəfi zəhərləyib. İsrail rəsmiləri ittihamları qəbul etmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG