Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:00

Misir prezidenti səlahiyyətlərini qanuna söykənərək artırdığını deyir


Muhammad Morsi
Muhammad Morsi
-

Misir prezidenti Muhammad Morsi bildirib ki, prezidentlik səlahiyyətlərini artıran zaman qanunlara söykənib.

Noyabrın 26-da Misirin aparıcı hakimlərinin qarşısında çıxış edən Morsi deyib ki, səlahiyyətlərinin artırılması Misir məhkəmələrinin işinə mane olmayacaq.

Morsinin səlahiyyətlərinin artırılması əleyhinə keçirilən aksiyalarda 2 nəfər ölüb, 444 nəfər yaralanıb. Bu haqda ölkənin Səhiyyə Nazirliyindəki mənbə bildirib.

ABŞ prezidenti Barack Obama tərəfləri sakitliyə, problemi dinc yolla həll etməyə çağırıb.

ABŞ dövlət katibi Hillary Clinton Misirin xarici işlər naziri Mohammed Kamal-la telefon danışığında Misirdəki siyasi vəziyyətdən narahatlığını bildirib.

MİSİRDƏ ETİRAZ VƏ DƏSTƏK AKSİYALARI KEÇİRİLİR

«Müsəlman Qardaşları» Hərəkatı bu gün – noyabrın 27-də Qahirədə prezident Morsi-nin müdafiəsi ilə bağlı aksiya keçirəcək. Morsiyə qarşı çıxanlar da bu gün kütləvi aksiyalar keçirməyi planlaşdırır.

Misir prezidenti Mohammad Morsi noyabrın 22-də səlahiyyətlərinin artırılması barədə fərman imzalayıb. Prezidentin bir başqa qərarına görə, bundan sonra məhkəmə orqanları milli assambleyanı buraxa bilməz.

Prezident baş prokuroru işdən azad edib və nümayişçilərin qətlində ittiham olunan keçmiş məmurların işinə yenidən baxılmasını göstəriş verib.

Bundan sonra ona qarşı etiraz aksiyaları keçirilib. Müxalifət lideri Mohammad al Baradei Morsini «yeni firon» adlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG