Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:53

9 ayda «Şahdəniz» yatağından 5 milyard kubmetr qaz hasil olunub


Yanvar-sentyabrda Azərbaycanın «Şahdəniz» qaz-kondensat yatağında 5,2 milyard kubmetrə yaxın qaz və 1,4 milyon ton kondensat (10,9 milyon barel) hasil olunub. Bu barədə BP-nin rəsmi saytında yerləşdirilən 2012-ci ilin doqquz ayının yekunları üzrə hesabatda deyilir.

Hesabata görə, qeyd edilən dövrdə yataqdan orta sutkalıq hasilat 18,8 milyon kubmetr qaz, kondensat hasilatının orta sutkalıq həcmi isə 39,6 min barel səviyyəsində olub.

2011-ci ildə yataqdan 6,67 milyard kubmetr qaz və 1,8 milyon ton (14 milyon barel) kondensat hasil edilib . Ötən il yataqda hasilat orta sutkalıq hesablamada 18,3 milyon kubmetr qaz və 38,3 min barel kondensat təşkil edib.

Hesabatda deyildiyi kimi, doqquz ay ərzində layihə çərçivəsində əməliyyat xərcləri 214,9 milyon dollar, əsaslı xərclər isə 771,5 milyon dollar təşkil edib. 2012-ci ildə layihə çərçivəsində əməliyyat xərcləri 211,5 milyon dollar, əsaslı xərclər 1,34 milyard dollar həcmdə proqnozlaşdırılır.

2011-ci ildə layihə çərçivəsində əməliyyat xərcləri 190,7 milyon dollar, əsaslı xərclər 674,9 milyon dollar təşkil edib.

Hesabatda bildirilir ki, hasilatın başlamasından (2006-cı ilin sonu) bu il sentyabrın sonunadək Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» qaz-kondensat yatağından dünya bazarlarına 35,4 milyard kubmetr qaz və 9,5 milyon ton (75 milyon barel) kondensat göndərilib.

«Şahdəniz» yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
XS
SM
MD
LG