Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:08

Yeni kampaniya: Öz həyat hekayəni yaz!


-


Bakı Kitab Klubu "Öz Həyat Hekayəni yaz!" kampaniyasına start verib.

Yazmaq və öz hekayətlərini başqaları ilə bölüşmək istəyənlərin hamısı kampaniyaya qoşula bilər.

Kitab Klubu kampaniyanın məqsədi haqda

Müasir həyatın burulğanı, çətinlikləri insanları yalnız öz problemlərinə köklənməyə, başqalarına, onların dərd-sərinə biganə olmağa məcbur edir.

Amma mənəvi tarazlığı, insanpərvərlik və mərhəməti, tanımadığın adamlara sevgi və şəfqət hissini qorumaq üçün bəzi insanlar müxtəlif işlərə baş vururlar.

Məsələn, artıq bir müddətdir ki, dünyanın ayrı-ayrı ölkələrində ibrətamiz hadisələri yığıb kiçik hekayələr toplusu şəklində çap edirlər.

Bu zaman müxtəlif insanlar öz başlarına gələn və ya şahidi olduqları əhvalatları qısa əhvalatlar şəklində yazıb bir mərkəzə göndərir, həmin mərkəz isə onları kitab şəklində çap edib oxucular arasında yayır.

Beləliklə bir nəfərin başına gəlmiş əhvalat eyni vəziyyətdə olan çoxlu adama təskinlik verir, onları sevindirir, ruhlandırır, yumşaq və rəhmli edir, onlarda ümid və həyat eşqi oyadır.

Hesab edirik ki, belə bir işin Azərbaycanda da vaxtı yetişib. Həyatın intensivliyi artıq bizi də tez yorur, usandırır, ruhdan salır, həyat eşqimizi zəiflədir, başqalarına qarşı diqqətsiz, bəzən isə qəddar edir. Təbii ki, bütün bunlar bir neçə addımdan sonra qayıdıb öz başımıza gəlir.

Hörmətli həmvətənlər, «Kitab klubu» sizin göndərəcəyiniz ibrətamiz hekayətləri «Cana məlhəm hekayələr» seriyalı kitablar şəklində buraxmağa hazırdır. Bu layihənin bütün xərcini öz üzərinə götürür.

Bundan əlavə, hər ilin sonunda bu kitablarda dərc edilmiş ən yaxşı hekayəni müəyyən etmək üçün müsabiqə keçiriləcək və hekayə müəllifi mükafatlandırılacaq.

Öz hekayələrinizi canamelhem@hotmail.com –a yollayın və ya Bakı, Mustafa Sübhi küç. 13 ünvanına (Təzə Pir məscidi və 150 №-li məktəbin yanı) çatdırın.

Əhvalatlar haqqında əlavə məlumat üçün «Kitab klubu»nun tərcümə və nəşr etdiyi «Cana məlhəm hekayələr – 1; 2; 3; 4-cü görüşlər» toplusuna baxın.

QEYD: İşin səmərəli təşkili üçün Kitab Klubu topluya hekayələri seçmək, onlara müəyyən redaktə dəyişiklikləri etmək hüququnu özündə saxlayır, qonorar vermir və göndərilən materiallar geri qaytarılmır.

İki şərtimiz var: hekayənizdə 2000-dən artıq söz olmamalı və ən əsası – insanları ruhlandırmalı, ruhu nəcibləşdirməlidir.

Öz əhvalatınız də ola bilər, tanıdığınız insanın sizə danışdığı da, şəxsən yaşadığınız, qəlbinizin gizlinlərini tərpədən hadisə də.

Şübhə etməyin: sizin xeyirxah töhfəniz bəşəriyyət tərəfindən layiqli qiymətini alacaq.

"Cana məlhəm hekayələr" seriyasından artıq 4 kitab çap edilib

Bunlar ABŞ-da çap edilmiş və milyonlarla oxucusu olan kitabların tərcüməsidir.

Seriyanın (Amerika variantı "Chicken soup for soul. 101 More Stories To Open The Heart And Rekindle The Spirit" adlanır) müəllifləri ABŞ-da tanınmış mühazirəçi, psixoloq-yazıçılar Cek Kenfild və Mark Viktor Hansendir. Bu seriyadan olan kitabların hər biri bir çox dünya dillərinə tərcümə edilmiş və 100 milyondan çox (!) satılmışdır. Kitablar ilk dəfə Azərbaycan dilində nəşr olunur. Ətraflı burda

Kitabları əldə etmək istəyənlər "Kitab Klubu"na müraciət edə bilər: tel: 492-12-36, 050/404-91-13
XS
SM
MD
LG