Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:10
-
Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə vəkilin onun azadlığa buraxılması ilə bağlı vəsatəti qəbul olunub.

Vəkil Əshabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, məhkəmə Dəyanət Babayevin həbsi üçün müstəntiqin arqumentlərini yetərli saymayıb:

«Biz dedik ki, hadisə noyabrın 7-də olub. Dəyanət Babayev qaçsa idi, bu müddət ərzində qaçıb gizlənərdi. Hakim də hesab etdi ki, Dəyanət Babayevin saxlanması üçün ittiham tərəfinin gətirdiyi arqumentlər yetərli deyil».


Amma Dəyanət Babayevə verilən ittiham öz qüvvəsində qalır. Vəkil deyir ki, Dəyanət Babayev istintaqla əməkdaşlıq edəcək.

Dəyanət Babayev Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunur.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, o, noyabrın 7-də axşam Musa Rəhimovla birlikdə Tofiq Səlimov adlı bir vətəndaşı təhqir edib və ona bədən xəsarəti yetirib.

AXCP isə ittihamı qəbul etmir. Partiyanın mövqeyinə görə, Dəyanət Babayevin qarşı ittihamlar ölkədə artan siyasi fəallığı və gənclər hərəkatını səngitməyə yönəlib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG