Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:20

AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək


Noyabrın 27-də Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Philippe Lefort Azərbaycana gələcək.

AB-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, xüsusi nümayəndə noyabrın 28-də Bakıda rəsmi görüşlərə başlayacaq.

Səfər zamanı Azərbaycan-AB əlaqələrinin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq.

Səfər noyabrın 30-da yekunlaşacaq.
XS
SM
MD
LG