Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:50

Maliyyə Nazirliyi siyasi partiyalar üçün treninq təşkil edir


Maliyyə Nazirliyi siyasi partiyaların baş mühasibləri üçün treninq təşkil ediləcək. Bu barədə nazirliyin rəsmi saytında bildirilir.

Baş mühasiblər və ya partiyaların illik maliyyə hesabatlarını hazırlayan şəxslər nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzində 3 günlük təlim keçəcəklər.

Bundan əvvəl QHT-lərin mühasibləri ilə analoji təlim aparılıb.

Qanuna müvafiq siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG