Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:26

Azərbaycanın bəzi ərazilərində sulu qar və qar yağacaq


Bakı və Abşeron yarımadasında noyabrın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 6-8, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 27-də arabir yağış yağacağı, dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 9-14, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 27-28-də Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG