Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:01

Ziyalılar Forumu ədalətli seçki layihəsi hazırladığını bildirir


Azərbaycan Ziyalılar Forumu ədalətli və şəffaf seçkilərin keçirilməsinin ictimai layihəsini hazırlayıb.

Bu barədə forumun yaydığı bəyanatda deyilir.

Ziyalılar Forumu bildirir ki, ictimai layihəyə seçki nəticələrini bütün mümkün saxtalaşdırmalardan qoruyan müasir metodlar daxil edilib: «Buraya yerli və beynəlxalq müşahidəçilərin işi, exit-polların keçirilməsi, səslərin paralel sayılması və s. üsullar daxildir. Ziyalılar Forumu bu layihənin ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi üçün özünün bütün təsir imkanlarından istifadə etmək niyyətindədir».

Bəyanatda deyilir ki, ədalətli seçki nəticəsində hakimiyyətə gələcək prezidentin dərhal legitim, cəmiyyət qarşısında hesabat verən hakimiyyəti formalaşdırmaq, köklü demokratik islahatları keçirmək imkanı olmalıdır.

Ziyalılar Forumu ekspertlərlə birlikdə seçkilərdən dərhal sonra ölkə rəhbərliyinin effektiv işləyəcəyinə imkan verəcək proqramların hazırlanmasına başlayıb. Forum bildirir ki, bu proqramlar artıq avtoritarizmdən demokratiyaya uğurlu keçid edən beynəlxalq təcrübəyə, həm də Azərbaycan xalqının özəlliklərinə əsaslanır.

Ziyalılar Forumu bəyanatda onu da bildirir ki, hakimiyyət xarici ölkələrdə onlarca villa, offşor zonalarda dövlət rəhbərlərinin yaxınları və qohumlarının, hətta yetkinlik yaşına çatmayan uşaqlarının adına rəsmiləşdirilən onlarca şirkətə xərclədiyi pulların mənbəyi barədə suallardan yayınır.
Bəyanatda deyilir ki, ziyalıların məqsədi ölkədə vətəndaş cəmiyyətini gücləndirmək və baş verənlər nüfuzlu şəxslərin mövqeyini ortaya qoymaqdır: «Amma hakimiyyət buna mane olmaq üçün Forumun üzvlərinə qarşı təzyiqlər edir».

Ziyalılar Forumu ölkənin bütün vətəndaşlarını, ictimai-siyasi qüvvələrini demokratik dəyişikliklər naminə birləşməyə çağırır.
XS
SM
MD
LG