Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:07

Gəncədə ət kəsimi və istehsalı müəssisəsi tikiləcək



Layihəyə görə, müəssisədə gün ərzində 100 başdan artıq iribuynuzlu və 400 baş xırdabuynuzlu heyvan kəsimi, istehsalı həyata keçirmək mümkün olacaq. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, Sahibkarlığa Yardım Milli Fondunun maliyyə dəstəyi ilə Gəncədə ət kəsimi və istehsalı müəssisəsi tikilir. Məqsəd əhalini ekoloji təmiz və şəriət qaydalarına uyğun kəsilmiş ət məhsulları ilə təmin etməkdir.

Mərkəzdə heyvanlar avtomatik şəkildə, bir-birini görmədən, şəriət qaydalarına uyğun kəsiləcək. Burada kəsimə verilən heyvanlara və ətin keyfiyyətinə nəzarəti təmin etmək üçün xüsusi laboratoriyalar da fəaliyyət göstərəcək.

Mərkəzdə mal bazarı da fəaliyyət göstərəcək ki, burada da istənilən alıcı auksion vasitəsilə iri və xırda buynuzlu heyvanları əldə edərək.

Ümumi sahəsi 6 hektar olan müəssisənin tikintisi gələn il yekunlaşacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG