Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

Aşura günündə 4007 nəfər qan verib



Noyabrın 25-də təşkil olunmuş qanvermə aksiyalarında 4007 nəfər qan verib.

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilmiş qan vermə aksiyaları Bakıdakı Təzəpir, Hacı Sultanəli, Bibiheybət, İçərişəhər Cümə, Qaraçuxur, Keşlə qəsəbə məscidlərində, Mir Mövsüm ağa ziyarətgahında, Sumqayıt şəhər Cümə məscidində, Gəncədəki İmamzadə məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində, Lənkəran şəhər Böyükbazar məscidində və Bərdə şəhər Cümə məscidində keçirilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə ölkə üzrə 1602,8 litr qan toplanıb. 2011-ci ildə isə qan verənlərin sayı 3409 nəfər, toplanmış qan isə 1363.6 litr olub.
XS
SM
MD
LG