Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:05

Yaser Arafatın qəbri açılacaq


Noyabrın 27-də Fələstinin keçmiş lideri Yaser Arafatın qəbri açılacaq.

Fransa, İsveçrə və Rusiyadan gələn beynəlxalq nümayəndə heyəti cəsəddən nümunə götürəcək. Arafatın cəsədi hərbi mərasimlə eyni gün yenidən dəfn olunacaq.

Arafatin qəbrinin açılması onun ölüm səbəbini müəyyənləşdirmək üçündür. Fələstində Arafatin İsrailin törətdiyi sui-qəsd nəticəsində öldüyünü deyirlər. Bununla bağlı onlarda sübutların da olduğunu bildirirlər.

İsveçrəli alimlər Arafatın paltarında yüksək miqdarda radioaktiv maddə tapıldığını aşkar etmişdi.

Arafat 2004-cü ildə Parisdə ölüb.

Avqust ayında Fransa məhkəməsi onun ölümü ilə bağlı cinayət işi açıb. Arafatın ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə qəbrinin açılması işləri iki həftə əvvəldən başlayıb.
XS
SM
MD
LG