Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38

Bakıda Suriya vətəndaşları yol qəzasına düşüb


Bakıda Suriya vətəndaşları yol qəzasına düşüblər.

Sabunçu rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsində Suriya vətəndaşı Matuk Cihad Ahmetin idarə etdiyi «VAZ-21013» markalı maşın Hacıbəy Dinbazovun idarə etdiyi «Opel» markalı və Nizami Qəribovun idarə etdiyi «Chevrolet» markalı avtomobillərlə toqquşub.

Qəza nəticəsində Matuk Ahmedin sərnişini, Suriya vətəndaşı Halak Caval aldığı xəsarətdən hadisə yerində ölüb. Matuk Ahmed və digər avtomobillərin sürücüləri xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG