Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:28

Morsi müxalifətlə dialoqa hazır olduğunu deyib


Misir prezidenti Mohammed Morsi müxalifətlə dialoqa hazır olduğunu bildirib.

Prezident deyib ki, hakimiyyəti tək əldə cəmləşdirmək məqsədi yoxdur.

Bu gün Morsi Misirin nüfuzlu hakimləri ilə görüşəcək.

Morsinin səlahiyyətlərinin artırılmasına etiraz olaraq cümə günündən Misirdə etiraz aksiyaları keçirilir. Bazar günü Müsəlman Qardaşları hərəkatının tərəfdarlarından olan 15 yaşlı İslam Fethi Masud adlı gənc Damanhur şəhərində etirazçı qrupların hücumu nəticəsində ölüb. Hadisə vaxtı 60 nəfər yaralanıb.

Toqquşmalar Qahirədəki Təhrir meydanı ətrafında da davam edib. Polis gözyaşardıcı qazdan istifadə edib. 300-ə yaxın etirazçı həbs olunub.

Müxalifət lideri Mohammed Baradey Morsi qərarlarından əl çəkənə qədər əhalini mülki itaətsizliyə çağırıb.

Noyabrın 27-də Misirdə həm Morsi tərəfdarlarının, həm də əleyhdarlarının aksiyalar keçirəcəkləri gözlənilir.
XS
SM
MD
LG