Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:33
Misirin əsas fond birjasında indekslər qəflətən düşüb.

Buna son günlər prezident Mohammad Morsinin səlahiyyətlərini artırması və buna qarşı ölkədə keçirilən etirazlar səbəb olub.

İndekslər 6 faiz düşdüyünüə görə, Qahirə birjası bu gün səhər satışı yarım saatlıq dayandırıb.
Satış bərpa edildikdən sonra indekslər düşməkdə davam edib və bu 8,7 faizə çatıb.

2 gündür ki, Misirin iri şəhərlərində hərc-mərclik yaranıb, 100-daən çox adam xəsarət alıb.

Müxalifət prezidenti dikdatorluqda günahlandırır.

Müxalifət lideri və Nobel sülh mükafatçısı Mohammad al Baradei bildirib ki, etirazlar hakimiyyətə qarşı dinc itaətsizlik kampaniyasına çevrilə bilər.

Müxalifət və prezidentin tərəfdarlarının ayrıca mitin keçirəcəkləri gözlənilir.

Morsinin cümə axşamı verdiyi fərmana görə məhkə orqanları prezidentin qərarları və islamçıların çoxluq təşkil etdiyi və hazırda konstitusiya hazırlayan təsis yığıncağına nəzarət və ya müdaxilə edə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG