Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

Dini Komitə Aşura ilə bağlı açıqlama yayıb


Nardaranda Aşura mərasimi. Foto: Abbas Atilay

Nardaranda Aşura mərasimi. Foto: Abbas Atilay

-
Aşura günü ilə bağlı Bakıda və regionlarda keçirilən mərasimlər vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəkləri, asayişin tam təmin edilməsi nəzərə almaqla həyata keçirilib.
Bu məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yayıb.
Məlumatda bildirilir ki, ölkənin əksər dini icmaları baş yarma kimi xoşagəlməz adətlərdən imtina edib. Yalnız bir yerdə bu müşahidə edilib. Ümumilikdə, Aşura mərasimləri insidentsiz baş tutub.
Məlumatda bildirilir ki, Tasua və Aşura günərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalar ilə mütəmadi əlaqədə olub. İcmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar.
Aşura günü Dövlət Komitəsinin sədri Elşad İskəndərov Təzəpir məscidində olub. Bakı şəhərində qanvermə aksiyalarına fəal çağırış edən digər dini icmalara baş çəkib. Şeyxülislam Allahşükür Paşazadə, müvafiq icma rəhbərləri və fəallarına dünya ölkələri üçün örnək ola biləcək talassemiya xəstələri üçün qanvermə aksiyalarını geniş şəkildə həyata keçirdikləri üçün təşəkkürünü bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG