Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:26

Suriyada döyüşlər davam edir


Foto arxiv
Foto arxiv
Suriya üsyançıları şənbə günü Hələb əyalətində hərbi məntəqəyə hücum ediblər.

Bu məntəqə Fərad çayındakı strateji bəndin yaxınlığında yerləşir.

Hökumət qoşunları isə paytaxt Dəməşqin ətraf qəsəbələrini atəşə tutub.

Kafur-Susa rayonu və şəhərin cənubunda toqquşmalar olduğu xəbər verilir.

Homs əyalətində isə üsyançıların nəzarətində olan Kusayr və Rastan şəhərlərinin havadan bombalandığı bildirilir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə kütləvi etiraz və silahlı toqquşmalar gedir.
Suriyalı hüquq müdafiəçiləri bu müddət ərzində 40 mindən çox adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG